Azərbaycan Qarabağa yardım göndərir… Ermənilər arxivləri yandırırbackend

Azərbaycan Qarabağa yardım göndərir… Ermənilər arxivləri yandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatı keçirməsindən sonra separatçı ermənilər təşvişə düşüb.

NOCOMMENT xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Xankəndində qəsdən yanğınlar törətdiyini, müxtəlif inzibati binalardakı sənədləri, sübutları və arxivləri məhv etdiyini bildirib.

Azərbaycan antiterror əməliyyatından sonra Xankəndinə humanitar yardım göndərərkən, şəhərdəki separatçı ermənilərin yandırma fəaliyyətinə başladığı bildirilir. Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərində müxtəlif inzibati binaları qəsdən atəşə tutulub, sənədləri, sübutları və arxivləri məhv edib.