ABŞ-dən Ukraynaya hərbi dəstək fasiləsiz olaraq davam edir.
NOCOMMENT.az xəbər verir ki, Amerika istehsalı olan tanklar Ukrayna ordusunun sıralarına qoşulmaq üçün Rusiyanın hücumu altındakı ölkəyə göndərilib.
Ukrayna prezidenti Volodimir Zelenski Abrams tanklarını aldıqlarını bildirib.
Ukraynaya yeni 325 milyon dollarlıq hərbi yardımı açıqlayan Cozef Bayden, paketə daha çox döyüş sursatı və texnikanın daxil olduğunu bildirib.
Qeyd edək ki, növbəti aylarda daha çox M1 Abrams tankı Ukraynaya göndəriləcək. Şənbə günü Ukraynaya göndərilənlər Bayden administrasiyasının göndərəcəyini vəd etdiyi 31 ədədin birincisidir.
Səlahiyyətlilər indiyədək sözügedən tanklardan neçəsinin Ukraynaya çatdırılması ilə bağlı təfərrüatları açıqlamayıb.