Kürdəmirdə ağır yol qəzası – xəsarət alanlar varbackend

Kürdəmirdə ağır yol qəzası – xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

NOCOMMENT.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən “Mercedes” yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır (report).