Apple öz internet saytının bu versiyasını deaktiv edibbackend

Apple öz internet saytının bu versiyasını deaktiv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az  xəbər verir ki,Amerikanın “Apple” şirkəti öz internet saytının rus versiyasını bağlayıb, indi Rusiya Federasiyasından olan istifadəçilər korporasiyanın məhsulları və onların xüsusiyyətləri haqqında məlumat əldə edə bilməyəcəklər.

Apple.ru linkinə tıkladığınız zaman rus dilində yalnız dəstək səhifəsi açılır. Saytın digər bölmələrinə keçməyə çalışdığınız zaman da oxşar məlumatlar görünür.

Xatırladaq ki, hələ ötən ilin martında Apple Rusiyadakı rəsmi onlayn mağazada avadanlıq satışını dayandırmışdı. Şirkət həmçinin Rusiya Federasiyasında hissələrin olmaması səbəbindən MacBook və iPad-lərin zəmanətli xidmət üçün qəbulunu dayandırıb.