Avtomobil həvəskarlarına Kia-dan yeni süpriz – FOTObackend

Avtomobil həvəskarlarına Kia-dan yeni süpriz – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreyanın Kia şirkəti Rio modelini əvəz edəcək yeni K3 hetçbekini təqdim edib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,yeni Kia K3 hetçbekinin uzunluğu 4295 mm, təkər bazası 2670 mm-dir. Avtomobildə LED fənərlər,arxa fənərlər, 17 düymlük təkər diskləri, qapılarda qara plastik qapı üzlükləri və ikili egzoz boruları yer alıb.

Salonda ön paneldə isə alət paneli və multimedia sistemini birləşdirən böyük geniş ekran var. Avadanlığa altı hava yastığı, iki zonalı iqlim nəzarəti, avtomatik təcili əyləc, zolaq saxlama və kor nöqtəyə nəzarət sistemləri daxildir.

 

Yeni Kia K3 1,6 və 2,0 litrlik benzin mühərrikləri ilə təklif olunacaq. İki transmissiya növü var: altı pilləli mexaniki və ya avtomatik.

Qiymətlər hələ açıqlanmayıb, satışın başlanması isə yalnız 2024-cü ilin yanvar ayına planlaşdırılır.