İraqın baş naziri Məhəmməd əl-Sudani Rusiya paytaxtına səfərə gəlib.
NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, baş nazirin təyyarəsi Vnukovo-2 hava limanına enib.
Rusiya tərəfdən İraqın baş nazirini Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev qarşılayır.
Rusiya prezidenti Vladimir Putinlə İraqın baş naziri arasında danışıqların çərşənbə axşamı Kremldə baş tutacağı gözlənilir.