NOCOMMENT.az Rusiya mətbuatına istinadən bildirir ki,Rusiya kosmonavtları Oleq Kononenko və Nikolay Çub kosmosda “Əvvəlcədən planlaşdırılan çıxış tapşırıqlarına əlavə olaraq “Nauka” modulunda əlavə radiasiya istilik dəyişdiricisində sızma yerini yoxlamalı və fotoşəkil çəkməli olacaqlar ki, bunun nəticəsində yerdəki mütəxəssislər onun baş vermə səbəblərini müəyyən etsinlər.”
Kosmonavtların ikinci vəzifəsi isə Yerin səthini müşahidə etmək üçün “Nauka”da radar quraşdırmaq və “Parus-MSTU” tələbə nanopeykini orbitə çıxarmaq olacaq.
Bu peykin vəzifəsi planetlərarası səyahət üçün perspektivli mühərrik olan günəş yelkəninin yerləşdirilməsi texnologiyasını hazırlamaq olacaq.