Kolumbiya prezidenti Qustavo Petro İsrailin Kolumbiyaya təhlükəsizlik materialları ixracını dayandırmaq qərarından sonra “İsrail ilə xarici əlaqələri dayandırmaq” qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, Petro bu barədə “X” sosial media hesabından açıqlama verib.
Qeyd edək ki, İsrail Kolumbiyanın Təl-Əvivdəki səfiri Marqarita Menjarezi Kolumbiya prezidenti Qustavo Petronun Qəzzaya hücumlarla bağlı verdiyi açıqlamaya görə Xarici İşlər Nazirliyinə çağırıb.