Rusiyanın son sutkada verdiyi itkilər: 800 hərbçi, 1 təyyarə, 1 helikopter…backend

Rusiyanın son sutkada verdiyi itkilər: 800 hərbçi, 1 təyyarə, 1 helikopter…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna müharibəsinin əvvəlindən bəri Rusiya ordusunun itkilərinin ümumi sayı 288 630 nəfərə çatıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.

24.02.22-dən 16.10.23-dək düşmənin ümumi döyüş itkiləri təxminən:

  • şəxsi heyət – təxminən 288 630 (+860) nəfər ləğv edilib;
  • tanklar – 4965 (+17) ədəd;
  • zirehli döyüş maşınları – 9385 (+23) ədəd;
  • artilleriya sistemləri – 6910 (+44) ədəd;
  • RSZV – 814 (+1) ədəd;
  • hava hücumundan müdafiə vasitələri – 547 ədəd;
  • təyyarə – 318 (+1) ədəd;
  • helikopterlər – 317 (+1) ədəd;
  • əməliyyat-taktiki səviyyəli PUA-lar – 5280 (+11) ədəd;
  • qanadlı raketlər – 1531 ədəd;
  • gəmilər/qayıqlar – 20 ədəd;
  • sualtı qayıqlar – 1 ədəd;
  • avtomobil avadanlığı və sisternlər – 9 271 (+22) ədəd;
  • xüsusi texnika – 981 (+5) ədəd.