İsrail ordusu raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurub.
NOCOMMENT.az axar.a-a istinadən xəbər verir ki, hücum nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir.
“Əl-Cəzirə” ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb.
Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib.
Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.