Texnologiya “nəhəngi” 14 minə yaxın əməkdaşını işdən çıxaracaqbackend

Texnologiya “nəhəngi” 14 minə yaxın əməkdaşını işdən çıxaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,“Nokia” şirkəti 5G avadanlıqlarına tələbatın azalması və telekommunikasiya sektorunun yavaşlaması səbəbindən kiçiləcək. Ortaya çıxan məlumatlara görə, şirkət qlobal miqyasda 14 min insanı ixtisar etməyi planlaşdırır.

Nokia iki il ərzində 14 min insanı işdən çıxaracaq

Texnologiya nəhənginin hazırda 86 min nəfərlik işçi qüvvəsi var. Ancaq 2026-cı ilə qədər şirkət bu rəqəmi 72 ilə 77 min arasında azaltmağı hədəfləyir. İxtisarlar sayəsində Nokia 1 milyard avroya qədər qənaət etmək istəyir.