Xiaomi 14 Pro qabaqcıl Qualcomm prosessoru alacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “GizmoChina” məlumat yayıb .
Məlumata görə, gələcək Xiaomi flaqmanının yüksək səviyyəli Qualcomm Snapdragon 8 Gen 3 prosessoruna sahib olacağını bildiriblər. 14 Pro modeli həmçinin 1 düymlük Sony IMX989 sensoru alacaq kamera ilə buraxılacaq.
Açıqlanan məlumatlardan belə nəticə çıxır ki, smartfon Dolby Vision Atmos, Hi-Res və Hi-Res Wireless Audio üçün dəstək alacaq. Cihazda Leica Summilux linzaları olacaq. Xiaomi 14 seriyasının bütün qadcetləri MIUI-ni əvəz edəcək Android əsasında HyperOS əməliyyat sistemi ilə buraxılacaq. Cihazın digər xüsusiyyətləri açıqlanmır.
Qeyd edək ki, Xiaomi cihazları oktyabrın 26-da təqdim ediləcək.