“WhatsApp” bugündən bu telefonlarda işləməyəcəkbackend

WhatsApp” bugündən bu telefonlarda işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük mesajlaşma proqramı olan “WhatsApp” oktyabrın 24-dən etibarən daha bir neçə cihazda fəaliyyətini dayandıracaq.

NOCOMMENT.az olay-a istinadən xəbər verir ki, sözügedən cihazlar “Google Nexus 7”, “Sony Xperia Z”, “LG Optimus G Pro”, “HTC One”, “Samsung Galaxy Note 4” və “Samsung Galaxy S5”-dir.

Həmçinin proqram “Google” mobil əməliyyat sisteminin və “Android 5.0”-dən daha köhnə versiyalarda mövcud olmayacaq.

Bu, brenddən asılı olmayaraq, hazırda “Android 5.0: Lollipop” və ya daha köhnə versiyalarla işləyən bütün “Android” cihazlarına təsir edəcək.