NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çin Xalq Respublikası göyərtəsində üç taikonavt olan Shenzhou-17 adlı pilotlu kosmik gəmini Tianqonq stansiyasına göndərdi. Veriliş Çin Mərkəzi Televiziyasının saytında həyata keçirilib.
Qeyd olunur ki, buraxılış Pekin vaxtı ilə saat 11:14-də (Moskva vaxtı ilə 6:14) baş tutub. Kosmik gəmi Çinin şimalındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılıb. Kosmik aparatın orbitə çıxarılması üçün iki mərhələli CZ-2F/G daşıyıcı aparatından istifadə edilib.
Təxminən 15 dəqiqə sonra Çin İnsanlı Kosmos Uçuş Proqramı İdarəsi kosmik gəminin buraxılışının uğurlu olduğunu bildirdi.