Türkiyə ilə münasibətlərdə müsbət dəyişikliklər olacaq – Alen Simonyanbackend

Türkiyə ilə münasibətlərdə müsbət dəyişikliklər olacaq – Alen Simonyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yollar açıq olacaq, ticarət olacaq, Ermənistanın iqtisadiyyatı inkişaf edəcək və sonda biz sülhə qovuşacağıq”.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Assambleyanın (MM) spikeri Alen Simonyan bildirib.

Ermənistan parlamentinin sədri əlavə edib ki, o, bunu verilən bəyanatlara və hərəkətlərə, Ermənistanın Azərbaycanla sərhədlərində gərginliyin azaldılmasına əsaslanaraq deyir.