Danimarka XİN: Türkiyə dünya siyasətində çox mühüm rol oynayırbackend

Danimarka XİN: Türkiyə dünya siyasətində çox mühüm rol oynayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə regional siyasətdə, dünya siyasətində və Yaxın Şərqdə son dərəcə əhəmiyyətli rol oynayan bir aktyordur. Eyni zamanda, təbii ki, bu rolun da müəyyən məsuliyyətləri var”.

NOCOMMENT.az xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen deyib. 

Rasmussen, Danimarkada Qurani-Kərimin yandırılması ilə bağlı hüquqi qanunvericiliyin hazırlanmasında Türkiyə ilə böyük əməkdaşlıq etdiklərini vurğuladı.