Avropa Komissiyasının rəhbəri Orban və Putinin Çindəki danışıqlarını qiymətləndiribbackend

Avropa Komissiyasının rəhbəri Orban və Putinin Çindəki danışıqlarını qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putinin görüşü respublikanın suveren məsələsidir. Bu sözləri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirilən sammitin yekunları üzrə deyib.

Onun sözlərinə görə, regional birlik müəyyən ölkələrin liderlərinin kiminlə danışıqlar aparacağını müstəqil seçmək hüququnu tanıyır. Bununla belə, o, bu görüşlərdə şəffaflığın vacibliyini qeyd edib.

“Danışıqların məzmunu Avropa İttifaqına və onun birliyinə təsir edərsə, yaxın koordinasiya <…> bizim üçün vacibdir” deyə fon der Leyen izah etdi.

O, həmçinin qeyd edib ki, Avropa sammiti zamanı Macarıstan hökumətinin başçısı ilə görüşməyib.