BMT-nin baş katibi Qəzzada humanitar infrastrukturun tamamilə çökəcəyini bildiribbackend

BMT-nin baş katibi Qəzzada humanitar infrastrukturun tamamilə çökəcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Qəzzada humanitar infrastrukturun tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə olduğunu bildirib. Onun sözlərini TASS sitat gətirir.

“Qəzzadakı humanitar sistem 2 milyondan çox dinc sakin üçün ağlasığmaz nəticələrlə tamamilə çökməyə yaxındır”, — ümumdünya təşkilatının baş katibinin bəyanatında deyilir.

Oktyabrın 27-də Qəzza zolağında rabitə və internet xidmətlərinin fəaliyyətini tamamilə dayandırdığı məlum olub.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.