Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub.
NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib:
“Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. Daha 31 şaxtaçının axtarışları davam edir”.
Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.