İsrail bir gecədə Qəzzada 150 yeri vurdubackend

İsrail bir gecədə Qəzzada 150 yeri vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və HƏMAS arasında şiddətli toqquşmalar hələ də davam edir. İsrail ordusu gecə ərzində Qəzzanın şimalında 150 yeri vurduğunu açıqlayıb.

NOCOMMENT xəbər verir ki, İsrail ordusu gecə ərzində blokada altındakı Qəzza zolağının şimalında 150 yerə hava zərbələri endirdiyini açıqlayıb. Ordudan verilən açıqlamada Qəzzanın şimalında HƏMAS-ın hərbi qanadı İzəddin Əl-Qəssam Briqadalarına aid 150 yeraltı hədəfin döyüş təyyarələri ilə bombalandığı iddia edilib.