NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinə dəstək aksiyasına milyon yarım nəfərin gəldiyini bildirib.
“Buraya təxminən bir milyon yarım İstanbullu toplaşıb. Çox sağ olun”, – deyə Türkiyə prezidenti mitinq iştirakçıları ilə vidalaşarkən bildirib.
İstanbulda Atatürk hava limanında keçirilən Fələstinə dəstək aksiyasında Ərdoğan Qəzza zolağında baş verənləri də Qərbin məsuliyyət daşıdığı qətliam adlandırıb. O, Ankaranın İsraili hərbi cinayətkar elan edəcəyini də bəyan edib. O, İsraili işğalçı və qruplaşma adlandıraraq, Fələstinin HƏMAS hərəkatının terror təşkilatı olmadığını qeyd edib.