NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul hava limanında Fələstinə dəstək mitinqində çıxış edərək, Qəzza ərazisinin keçmişdə Osmanlı İmperatorluğunun nəzarətində olduğunu xatırladıb və türklərin sadəcə olaraq bu ölkədə baş verənləri pisləməsinin kifayət etməyəcəyini xatırladıb.
“Hey Qərb, mən səndən soruşuram ki, aypara ilə xaç arasında müharibəni yenidən alovlandırmaq istəyirsənmi?”, – deyə Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, İstanbulda keçirilən mitinqdə 1,5 milyon insan iştirak edib.
İstanbulda Atatürk hava limanında keçirilən Fələstinə dəstək aksiyasında Ərdoğan Qəzza zolağında baş verənləri də Qərbin məsuliyyət daşıdığı qətliam adlandırıb. O, Ankaranın İsraili hərbi cinayətkar elan edəcəyini də bəyan edib. O, İsraili işğalçı və qruplaşma adlandıraraq, Fələstinin HƏMAS hərəkatının terror təşkilatı olmadığını qeyd edib.