İlin son ay tutulması başlayıbbackend

İlin son ay tutulması başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin son Ay tutulması başlayıb.

NOCOMMENT.az bildirir ki, Şamaxı Astrofizika Rəsədxanasından apa-ya verilən xəbərə görə, bu tutulma qismən Ay tutulmasıdır.

Tutulma saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.

Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.