Mahaçqaladakı insidentlə bağlı – YENİ VERSİYAbackend

Mahaçqaladakı insidentlə bağlı – YENİ VERSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqala hava limanında iğtişaşlar zamanı xəsarət alan 5 nəfər xəstəxanadadır, onlardan ikisinin vəziyyəti ağırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Xəsarət alanlardan ikisi kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Yaralılar arasında polis əməkdaşları çoxluq təşkil edir”, – deyə məlumatda qeyd olunur.

Eyni zamanda yüngül xəsarətlər alan daha 18 nəfərin həkimlər tərəfindən ambulator müalicədən sonra evə buraxıldığı bildirilir.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri 150-dən çox iğtişaş iştirakçısını müəyyən edib və 60 nəfəri saxlayıb. Dağıstanın rəhbəri Sergey Melikov etirazçıları ağır cəza ilə hədələyib. O bildirib ki, iğtişaşlara xaricdən, o cümlədən “Ukraynayönlü teleqram kanalları” vasitəsilə nəzarət edilib.
Xatırladaq ki, oktyabrın 29-u axşam saatlarında Mahaçqala hava limanında İsraildən sərnişin təyyarəsinin gəlməsi xəbəri ilə əlaqədar iğtişaşlar başlayıb. İğtişaşlar nəticəsində 9-u polis əməkdaşı olmaqla 20-dən çox insan yaralanıb. Hava limanı 31 oktyabr tarixinə qədər bağlanıb. / Bakupost.az