İsrailin şimalında hava hücumu xəbərdarlığı səslənibbackend

İsrailin şimalında hava hücumu xəbərdarlığı səslənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gün ərzində İsrailin şimalında ilk dəfə hava hücumu sirenləri səslənib. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında məlumat yayıb.

“İsrailin şimalında sirenlər səslənib”, – nəşr yazır.

İsrail ordusunun mətbuat xidməti daha sonra əlavə edib ki, siren səsləri Qəzza zolağına bitişik ərazilərdə də eşidilə bilər.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Telegram kanalı İsrailin Qəzza zolağı ilə sərhədi yaxınlığındakı Kibbutz Kissufimdə sirenlərin səsləndiyini bildirmişdi.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda Israilin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. Israilin Bas naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.