NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin Həmas hərəkatının İsraildən Qəzza zolağına yanacaq tədarükünə icazə verməsini tələb etməsindən, lakin çoxlu sayda əcnəbi məhbusun azadlığa buraxılmasına zəmanət verməməsindən sonra Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib. Bu barədə NBC telekanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, Fələstin hərəkatı yanacaq almaqda israrlıdır.
“İsrail və Amerika tərəfləri, üstəlik, digər dövlətlər öz vətəndaşlarının böyük bir qrupunun azad edilməsini istəyirlər”, – deyə televiziya kanalı danışıqların gedişi ilə tanış olan keçmiş Amerika məmurunun sözlərini sitat gətirir.