NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (BAPOR) Qəzza zolağında həlak olanların sayı 63-ə çatıb. Bu barədə RİA Novosti BAPOR-un bəyanatına istinadən xəbər verir.
“Son 72 saat ərzində BAPOR-un daha 10 əməkdaşı öldürülüb və bununla da oktyabrın 7-dən bu yana öldürülən BAPOR personalının ümumi sayı 63-ə çatıb”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, təşkilatın məlumatına görə, oktyabrın 7-dən bəri ən azı 22 əməkdaş xəsarət alıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda Israilin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. Israilin Bas naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.