Netanyahu HƏMAS-ın girovlarının videosuna münasibət bildiribbackend

Netanyahu HƏMAS-ın girovlarının videosuna münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu, sərbəst buraxılmasını tələb edən üç İsrail girovunun videosunun “qəddar psixoloji təbliğat”olduğunu söylədi. Bu barədə RİA Novosti məlumat yayıb.

“Həmas tərəfindən qaçırılan Yelena Trupanova, Daniel Aloni və Rimon Kirştə müraciət edirəm.Mən sizi qucaqlayıram.Ürəyimiz sizinlə və digər qaçırılanlarla birlikdədir”, – baş nazir bildirib.

Onun sözlərinə görə, İsrail hakimiyyəti qaçırılan və itkin düşən bütün insanları evlərinə qaytarmaq üçün hər şeyi edir.

Oktyabrın 30-da Fələstinin HƏMAS radikal hərəkatı özünün Telegram kanalında yaraqlıların dediyinə görə, əsir saxladıqları İsrail vətəndaşı olan üç qadının videosunu yerləşdirib. Görüntülərdə girovlardan biri Netanyahuya müraciət edir.