ABŞ İsrail tərəfinə Qəzzaya əsgər göndərməkdə şübhəli bilindibackend

ABŞ İsrail tərəfinə Qəzzaya əsgər göndərməkdə şübhəli bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Amerika hərbçiləri Qəzza zolağında İsrail tərəfində döyüş əməliyyatlarında iştirak edir, bunu Fələstinin Fransadakı keçmiş səfiri Salman Harfi deyib. Onun sözlərinə görə, ABŞ qüvvələri İsrail tərəfinə birbaşa quruda dəstək verir.

“Onlar təkcə (İsraili) dəstəkləmir, həm də Fələstin xalqına qarşı müharibədə iştirak edirlər. ABŞ bölgəyə hərbi personal göndərir. Onlar Qəzzada quruda hərbi əməliyyatlarda iştirak edirlər”, – Harfi izah edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.