Ukrayna hərbçiləri şəhər sakinlərinin düşmənçiliyindən şikayət ediblərbackend

Ukrayna hərbçiləri şəhər sakinlərinin düşmənçiliyindən şikayət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kiyevin nəzarətində olan Konstantinovka şəhərinin bir çox sakini Ukrayna Silahlı Qüvvələrinə düşmən münasibət bəsləyir. Bu barədə Daily Beast Ukrayna hərbçilərinin 3-cü hücum briqadasının həkiminə istinadən məlumat yayıb.

KİV-in məlumatına görə, Konstantinovkanın ətraf rayonlarının sakinləri də ukraynalı əsgərlərə mənfi münasibət bəsləyirlər.

Konstantinovkada olarkən həkim yerli əhalinin Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərini düşmən kimi qəbul etdiyini müşahidə edib.

“Burada rusları gözləyən çox adam var”, – həkim bildirib.

 Konstantinovka şəhəri Kramatorsk vilayətində, Donetskdən 55 km şimalda yerləşir.