NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qəzzada qaçqın düşərgəsinə endirilən zərbədən sonra 400-ə yaxın ölü və xeyli sayda yaralının olduğu məlum olub.
İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağındakı Cəbəliyə qaçqın düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində azı 400 nəfər ölüb və xeyli sayda fələstinli yaralanıb. Bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyi məlumat verib.