Maqas hava limanında təhlükəsizlik tədbirləri gücləndirildibackend

Maqas hava limanında təhlükəsizlik tədbirləri gücləndirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İnquşetiya hakimiyyəti sosial şəbəkələrdə İsraildən reysin bölgəyə gəlməsi ilə bağlı yalan məlumatlara görə Maqas hava limanında təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə hava limanının yerləşdiyi Sunja şəhər meriyasının mətbuat xidmətinin bəyanatında deyilir.

“Biz sosial şəbəkələrdə (İsraildən) təyyarənin gəlməsi ilə bağlı saxta məlumatların yayılması ilə əlaqədar Maqas hava limanının ərazisində kütləvi iğtişaşların, icazəsiz mitinqlərin və piketlərin qarşısının alınması məsələsini müzakirə etdik”.

Qeyd olunur ki, Maqas hava limanı beynəlxalq deyil və belə uçuşları qəbul edə bilməz.

Hava limanının ərazisində əlavə təhlükəsizlik tədbirləri, o cümlədən hava limanının ərazisində nəzarətin gücləndirilməsi və asayişin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib.