NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin Almaniyadakı səfiri Ron Prosor bildirib ki, İsrail ordusu Qəzza zolağında mülki şəxslərə hücum etmir. O,”Rheinische Post” qəzetinə verdiyi müsahibədə HƏMAS-ın fələstinliləri canlı qalxan kimi istifadə etdiyini söylədi.
“Biz günahsız mülki insanlara hücum etmirik. Amma biz öz əhalisinə ideoloji cəhətdən yalan danışan və ondan canlı qalxan kimi istifadə edən düşmənlə qarşılaşırıq”, – deyə Prosor anklavdakı mülki əhalinin vəziyyətini şərh edərkən bildirib.
O vurğulayıb ki, İsrailin Qəzza zolağının cənubuna çəkilmək çağırışlarına cavab olaraq Həmas “öz xalqına hücum edir”.
“Qəzzadan dəhşətli görüntülər ortaya çıxanda ümid edirəm ki, çoxları təhlükə altında olanı – İsrailin varlığını xatırlayacaq. Bizim başqa seçimimiz yoxdur”, – diplomat bildirib.