Lavrov İsrailin Suriyaya zərbələrini tənqid edibbackend

Lavrov İsrailin Suriyaya zərbələrini tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Faysal Miqdad ilə telefon danışığı zamanı bildirib ki, İsrailin Qəzza zolağı ətrafında baş verən hadisələr fonunda tez-tez Suriya ərazisinə endirdiyi hava zərbələri qəbuledilməzdir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Lavrov silahlı eskalasiyanın Suriyaya və regionun digər ölkələrinə yayılmasının yolverilməzliyinə diqqət çəkib.

“Bununla əlaqədar olaraq o, Qəzza zolağı ətrafında baş verən hadisələr fonunda daha tez-tez baş verən Suriya Ərəb Respublikası ərazisinə İsrailin hava hücumlarının qəbuledilməzliyini qeyd edib”, – nazirliyin bəyanatında deyilir.