Netanyahu İsrailin Qəzzadakı müharibəsinin HƏMAS-a baha başa gələcəyini söylədibackend

Netanyahu İsrailin Qəzzadakı müharibəsinin HƏMAS-a baha başa gələcəyini söylədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibənin HƏMAS üçün çox baha başa gələcəyini deyib. Bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, Netanyahu ölkənin maliyyə naziri Bezalel Smotriç ilə görüşü zamanı tabeliyində olan işçilərdən İsrailin makroiqtisadi sabitliyini təmin etməyi tələb edib.

“Sosial və İqtisadi Məsələlər Komissiyası ciddi işə başlayır. Çox mühüm tədbirlər həyata keçirilib: vəsaitin ayrılması, İsrail vətəndaşlarına və iqtisadiyyatına yardım. Hələ görüləcək çox şey var”, – Netanyahu bildirib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.