NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 13 maşından ibarət daha bir humanitar yardım karvanı Misirdən Qəzza zolağına gəlib. Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi belə şərh edib: “Bunlar İsrail təhlükəsizlik rəsmiləri tərəfindən fiziki olaraq yoxlanılan qida və dərmanlardır.
Hökumət başçısının nümayəndələri Qəzza zolağına humanitar yardımın göndərilməsinin İsrail Müdafiə Qüvvələrinin (IDF) Fələstin anklavında əməliyyatına kömək edəcəyini də vurğulayıblar. Bəyanata görə, ölkə ordusu verilən tapşırıqları yerinə yetirmək üçün “vacib hərəkət azadlığına” malik olacaq.