NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Oktyabrın 31-i axşam saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 31-də Moskva vaxtı ilə saat 19.00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – məlumatda deyilir.
Növbətçi hava hücumundan müdafiə sistemləri bu PUA-nı məhv edib.
Bu gün Oktyabrın 31-də hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti üzərində iki pilotsuz təyyarəni vurub. Birincisi Moskva vaxtı ilə təxminən 11:30-da, ikincisi isə Moskva vaxtı ilə təxminən 13:00-da məhv edilib.