HƏMAS Təl-Əvivi vurdubackend

HƏMAS Təl-Əvivi vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivə növbəti zərbə endirdiyini elan edib. Bu barədə RİA Novosti qrupun Telegram kanalına istinadən məlumat yayıb.

Hesabatda bildirilib ki, zərbə İsrailin fələstinli mülki vətəndaşları “kütləvi şəkildə qətlə yetirməsinə” cavabdır.

Eyni zamanda, İDF öz Telegram kanalında bildirib ki, Təl-Əvivdə hava hücumu sirenləri səslənib.

Bir gün əvvəl “Əl-Qəssam” briqadaları fələstinli mülki şəxslərə qarşı hücumlara cavab olaraq İsrailin sahilyanı Aşdod şəhərini atəşə tutduqlarını bildirmişdilər.