NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi ABŞ ilə Müdafiə Əməkdaşlığı Sazişi (DCA) üzrə danışıqların başa çatdığını elan edib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Finlandiya və ABŞ arasında yeni Müdafiə Əməkdaşlığı Sazişi üzrə danışıqların sonuncu raundu oktyabrın 30-dan 31-dək Helsinkidə keçirilib”, – deyə məlumatda bildirilir.
Daha əvvəl bildirilmişdi ki, Finlandiya hökuməti Amerika hərbçilərinə sənədlər təqdim etmədən ölkəyə daxil olmağa icazə verəcək. Materialda göstərilir ki, yaxın gələcəkdə Vaşinqton və Helsinki Müdafiə Əməkdaşlığı Sazişinin (DCA) imzalandığını elan etməlidir. Razılaşmaya əsasən, ABŞ əsgərləri Finlandiya ərazisinə heç bir məhdudiyyət olmadan gəlib qala biləcəklər.