NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaralı fələstinlilərin Qəzza zolağından Misirə köçürülməsinə icazə vermək üçün “Rəfah” keçidi açılacaq. Bu barədə Alghad TV məlumat yayıb.
Açılışın noyabrın 1-də baş tutacağı da bildirilir.
Bir gün əvvəl Fələstin Qızıl Aypara Cəmiyyəti humanitar yardım daşıyan daha 24 yük maşınının “Rəfah” keçid məntəqəsindən keçərək Qəzza zolağına gəldiyini bildirmişdi.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.