ABŞ Yaxın Şərqə ordu göndərdiyini açıqlayıbbackend

ABŞ Yaxın Şərqə ordu göndərdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının Yaxın Şərqdəki məsuliyyət zonasına əlavə 300 hərbçi göndərmək qərarına gəlib. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlərə verdiyi brifinqdə bildirib.

“Mən ABŞ-ın kontinentalındakı bazalarımızdan CENTCOM-un məsuliyyət bölgəsinə əlavə 300 hərbçi göndərmək qərarını elan etməyə hazıram” dedi.

Rayder qeyd edib ki, hərbçilər artıq bölgədə yerləşdirilmiş qoşunlara partlayıcı sursatların zərərsizləşdirilməsi, kommunikasiyaların saxlanması ilə bağlı köməklik göstərəcək, həmçinin digər növ dəstəklər göstərəcək.

Oktyabrın 31-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ hazırda Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatlarda birbaşa iştirak etməyi planlaşdırmır.