ABŞ və Kanada hərbi gəmiləri Tayvan boğazından keçibbackend

ABŞ və Kanada hərbi gəmiləri Tayvan boğazından keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Kanada donanmasına məxsus iki döyüş gəmisi Tayvan boğazından keçib.

NOCOMMENT.az xarici mətbuata istinadla xəbər verir ki, açıq dənizdə üzmə azadlığının qüvvədə olduğu sulardan keçidin beynəlxalq hüquq normalarına uyğun olduğu, gəmilərin heç bir ölkənin ərazi sularında olmayan dəhlizdən istifadə etdiyi vurğulanıb.

Tayvan Boğazının yerləşdiyi bölgədən məsul olan Xalq Azadlıq Ordusunun (PLA) Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada keçidin “ictimai nümayiş” üçün olduğu iddia edilib.

Tayvan Müdafiə Nazirliyi açıqlamasında gəmilərin boğazdan keçdiyini təsdiqləyib və Tayvan ətrafındakı su və hava məkanında vəziyyətin “normal” olduğunu bildirib.