BMT Qəzza zolağında qaçqınların harada yerləşdirildiyini açıqlayıbbackend

BMT Qəzza zolağında qaçqınların harada yerləşdirildiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi təxminən 690 000 məcburi köçkün fələstinlinin 149 yerdə cəmləşdiyini bildirib. Agentlik bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

“690 minə yaxın məcburi köçkün 149 obyektdə sığınacaq alır”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, sığınacaqlar nəzərdə tutulandan təxminən dörd dəfə çoxdur.

Bundan əvvəl məlum olub ki, Qəzza zolağından daha əvvəl çıxa bilməyən “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının (MSF) son 22 əcnəbi əməkdaşı Fələstin anklavını tərk edib. Bununla belə, MSF-nin 300-ə yaxın fələstinli əməkdaşı və onların ailələri Qəzza zolağında qalır.