NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Misir gələcəkdə Qəzza zolağının beynəlxalq və İsrailin idarə olunması təklifini rədd edib. Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Onların sözlərinə görə, Qahirə Qəzzanın gələcəkdə İsrail və beynəlxalq iştirakla idarə oluna biləcəyi təkliflərini rədd edib.
Bundan əvvəl məlum olub ki, İsrail və ABŞ HƏMAS yaraqlılarının Fələstin anklavından çıxarılması halında beynəlxalq kontingentin Qəzza zolağına yerləşdirilməsi variantlarını mümkün layihələrdən biri kimi müzakirə ediblər.
İsrailin nöqteyi-nəzərindən ən çox üstünlük verilən variant ABŞ, Fransa, Almaniya və Britaniya qoşunlarının tərkibində beynəlxalq koalisiya tərəfindən Qəzza zolağına müvəqqəti nəzarət variantıdır.