Aİ-dən Rusiyaya REAKSİYAbackend

Aİ-dən Rusiyaya REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini (CTBT) təsdiqləməsini ləğv etməsinə reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, Aİ-dən  yazılı açıqlamada, ləğvin “Rusiyanın Ukraynadakı hərəkətləri” ilə əlaqədar olduğu bildirilib.

Açıqlamada “Aİ bu qərardan dərin təəssüf hissi keçirir” və bütün Aİ-yə üzv ölkələrin CTBT-ni təsdiqlədiyi xatırladılıb.

Bəyanat Rusiyanı CTBT-nin məqsəd və vəzifələrinə hörmət etməyə çağırıb.

Putin imzaladığı qərarla Rusiyanın CTBT-ni təsdiqini geri götürüb.