Əməliyyatın legitimliyi dünyada şübhə doğuracaq – Ehud Barakbackend

Əməliyyatın legitimliyi dünyada şübhə doğuracaqEhud Barak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin dünya birliyi tərəfindən dəstəyi çox tez zəifləyəcək və Qəzzada hərbi əməliyyatın legitimliyi şübhə altına alınacaq. Bu sözləri “Foreign Policy” nəşrinə müsahibəsində İsrailin keçmiş baş naziri Ehud Barak deyib.

“HƏMAS-ın Qəzza zolağında fiziki infrastrukturunu və nəzarət imkanlarını aradan qaldırmaq məqsədimizə nail olsaq belə, yaxın 10 və ya 20 il orada qalmaq fikrində deyilik, onda estafeti bizdən kim alacaq?” – dedi.

Barakın sözlərinə görə, Qəzzada əməliyyat bir sıra məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir, o cümlədən HƏMAS-da girovların olması, münaqişənin Livandakı “Hizbullah” a yayılma riski,həmçinin beynəlxalq hüquq nəzərə alınmaqla həyata keçirilir”. Bundan əlavə, keçmiş baş nazir İsrailin hazırkı Baş naziri Benyamin Netanyahunu tənqid edərək, “istənilən normal ölkədə” oktyabrın 8-də səhər istefa verə biləcəyini deyib.