İsrail ordusu Qəzza zolağında əməliyyat keçirdiyini bildiribbackend

İsrail ordusu Qəzza zolağında əməliyyat keçirdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, İsrail hərbçiləri Qəzzaya daxil olaraq onu müxtəlif tərəfdən mühasirəyə almağa başlayıblar. Bu barədə TASS məlumat yayıb.

“Əsgərlərimiz artıq Qəzza şəhərindədir, onu bir neçə istiqamətdən mühasirəyə alır və mən necə irəliləyiş əldə etdiyimizi görürəm. Biz çox çətin vəziyyətdə, sıx məskunlaşmış, məskunlaşan ərazidə döyüşmək məcburiyyətindəyik”, – deyə Halevi bildirib.

Bundan əvvəl İsrailin keçmiş baş naziri Ehud Barak beynəlxalq ictimaiyyətin İsrailə dəstəyinin çox sürətlə zəifləyəcəyini, Qəzzada hərbi əməliyyatın legitimliyinin şübhə altına alınacağını bildirmişdi.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.