NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ekvatorial Qvineya prezidenti Teodoro Obianq Nqema Mbasoqo öz ölkəsini üçüncü “Rusiya-Afrika” sammitinin keçiriləcəyi yer kimi təklif edib və rusiyalı həmkarı Vladimir Putini tədbirdə iştiraka dəvət edib. RİA Novosti-nin məlumatına görə, Mbasoqo ölkəsinin BCM-nin nizamnaməsini rədd etdiyini vurğulayıb.
“Ekvatorial Qvineya Beynəlxalq Cinayət Məhkəməsinin müqaviləsini imzalamayıb, o, bu sənədi və ölkələrin öz iradələrini başqalarına sırımaq istəyini hər mənada rədd edir”, – prezident vurğulayıb.
O əlavə edib ki, bunun sayəsində Putin Ekvatorial Qvineyada baş tutacağı təqdirdə “Rusiya-Afrika” sammitində şəxsən iştirak edə biləcək və Rusiya prezidentini ölkəyə gəlməyə dəvət edib.