İrəvanda naməlum şəxslər uşaq bağçasının pəncərələrinə atəş açıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “shamshyan.com” məlumat yayıb .
Nəşrin məlumatına görə, noyabrın 1-də A.K polisə zəng edərək 83 saylı uşaq bağçasının pəncərələrində güllə izləri tapdığını bildirib.
Qadının sözlərinə görə, oktyabrın 31-də, saat 15:00-15:30 radələrində, binada uşaq olmayanda bağçanın pəncərələrinə atəş açılıb. Ölən və yaralananlar olmayıb.