NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Noyabrın 2-də ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar zəruri idi, çünki siyahıya daxil edilmiş fiziki və hüquqi şəxslər Ukraynada hərbi xüsusi əməliyyatın keçirilməsinə köməklik göstərmiş, həmçinin anti-Rusiya məhdudiyyətlərindən yayınmağa töhfə vermişlər. Bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.
“Dövlət Departamenti sanksiyalardan yayınmaqla məşğul olan və Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsinə töhfə verən 90-dan çox hüquqi şəxs və şəxsə qarşı sanksiyalar tətbiq edir”, – Blinken bildirib.
Siyasətçinin sözlərinə görə, Birləşmiş Ştatlar Moskvanın gəlirlərini “dağıdıcı məqsədlərə” yönəltmək imkanlarını daha da məhdudlaşdırmağa çalışır.